Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
17 Mart , 2020

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri tərəfindən “DOST Xonçası” adlı layihəsini həyata keçirdilər.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” kampaniyasına Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də qoşulmuşdur. Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Bu gözəl adətə uyğun olaraq tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaqdır. “DOST Xonçası” adlı bayramlaşma kampaniyası ilə əlaqədar olaraq 03.17. 2020 –ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları az təminatlı ailələrdən olan Natavan və Səkinə xanımın ailəsində oldular. Onlara “DOST Xonçası” təqdim edərək, Novruz bayramı münasibəti ilə təbrik etdilər. “DOST xonçası” cəmiyyətdə bir aksiya kimi deyil, artıq bir ənənə kimi qəbul olunur.

Foto Qalereya