Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
28 Dekabr , 2019
28. XII. 2019-cu il tarixdə Göyçay rayon MKS-inin Oxuculara Xidmət şöbəsində “Xoş gəlmisən yeni il”başlıqlı bayram şənliyi keçirildi. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə , Göyçay rayon 1 saylı məktəbin müəllim və şagird koııektivi iştirak editdilər. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Rövşən Balayeva açıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlətin təhsilə, gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbir boyunca şagirdlərin maraqlı və məzmunlu çıxışları tədbir işirakçılarına bayram əhval-ruhiyyəsi yaşadıb. Şaxta baba və Qar qız şagirdləri təbrik ediblər.
.
Foto Qalereya