Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir. Ölkəmizin hər yerində olduğu kimi 6- noyabr 2019-cu il tarixində Göyçay rayon Mərkəzi Kitabxanasında Bayraq günü ilə əlaqədar “Mənim Varlığımın Cilası Bayraq” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə 1 saylı məktəb kollektivi ilə yanaşı Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Rövşən Balayeva Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında , Ulu öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında məlumat verdi. Sonra kitabxananin əməkdaşı Güllü Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunduğunu xatırladıb, qeyd etdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında Cümhuriyyət bayrağı qaldırılıb. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bir saylı məktəbin şagirdlərinin ifasında bayrağımız haqqında şeirlər və mahnılar dinlənildi. Tədbiein sonunda “Mənim Varlığımın Cilası Bayraq” adlı sərgiyə baxış keçirildi.