Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
4 Oktyabr , 2019

Göyçayda “05 oktyabr-Beynəlxalq müəllim günü”nə həsr olunmuş tədbir keçirildi

2019-10-04

04 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının inzibati binasında  rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov bütün təhsil işçilərini təbrik edərək bildirdi ki, Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  ilk öncə bütün təhsil işçilərini 05 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə səmimi qəlbdən təbrik etdi. M.Səlimzadə Prezident İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm verildiyini bildirdi.
Daha sonra Şəhər 2 nömrəli tam orta məktəbin direktoru Fatma Həmidova, Şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini Lətifə  İsayeva, valdeyinlər adından 600-dən çox bal toplanmış,  Qızıl  medalla  məktəbi bitirmiş Qarakişi Quliyevin atası İlqar Quliyev çıxış edərək qeyd etdilər ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Tədbirdə bir qrup təhsil işçiləri rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib və xatirə hədiyyələri təqdim olunub.