Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
20 Sentyabr , 2019
20 sentyabr 2019-cu il tarixində Göyçay rayon Mərkəzi Kitabxanasında “Mən Sülhə Səs Verirəm” adlı Dəyirmi Masa keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın drektoru Rövşən Balayeva açaraq bildirdi ki xalqımızın Beynəlxalq Sülh Gününü qeyd etməsi təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. O illərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatınin nə dərəcədə əhəmiyyətli olduğundan söhbət açdı.Daha sonra kitabxananın əməkdaşlarından Şıxalıyeva Səlmi, Kərimova Rəna sülh tərəfdarı olan Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağrışından danışdılar. Sonda “21 sentyabr Beynəlxalq Sülh Günüdür” adlı sərgiyə baxış keçirildi.
Foto Qalereya