Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
28 İyun , 2019

28 iyun 2019-cu il tarixdə Göyçay rayonunun istirahət parkında   Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  kitabsevərlər üçün açıq havada   “Mütaliə həftəsi” devizi altında səyyar kitabxana xidməti  təşkil etdi.“Mütaliə həftəsi”   adlanan  tədbirdə kitabxananın fondunda olan müxtəlif mövzulu nəşrlər parkın ərazisində sərgiləndi. Böyük maraqla qarşılanan tədbirdə "Azərbaycan tarixi", "Uşaq ədəbiyyatı", "Yeni kitablar", "Ulu öndər Heydər Əliyev", "Göyçay yazarları", "Şəhidlər ölməz, vətən bölünməz" tariximizə və vətənpərvərliyə dair kitablar nümayiş olundu. Bu tədbir parkda istirahət  edən  ağsaqqalların, təhsil, səhiyyə, mədəniyyət işçilərinin və rayon sakinlərinin marağına səbəb oldu. Onlar keçirilən tədbir barədə öz fikirlərini bildirərək vurğuladılar ki, mütaliə hər bir insanın həyatında önəmli yer tutur. Onların dünyagörüşündə və formalaşmasında  böyük rol oynayır.  Oxuculara açıq havada kitab oxumaq, kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradıldı. Oxucuların geniş  marağına səbəb olan "Açıq kitabxana"  tədbirləri müntəzəm olaraq davam etdirilməsi nəzərdə tutulur.

Foto Qalereya