Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
13 İyun , 2019
13.06.2019 -cu ildə Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayon mədəniyyət müəssisələrində aprel-may aylarının yekunlarına həsr olunmuş seminar müşavirə keçirildi. Müşavirədə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev Mədəniyyət Nazirliyinin region idarələri qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsindən və aprel-may aylarında regionun mədəniyyət müəssisələrində görülmüş işlər barədə müşavirə iştirakçılarına geniş məlumat verdi. Ramiz Quliyev qarşıda duran vəzifələrdən, nöqsan və çatışmazlıqlardan danışaraq göstərilən nöqsanların az müddət ərzində aradan qaldırılması yollarını da müəssisə rəhbərləri ilə müzakirə etdi. İdarənin rəis müavini Sahib Şükürov çıxış edərək xüsusi vəsaitlərin, büdcədənkənar vəsaitlərin müəssisələrin iş fəaliyyətinə təsiridən və nazirliyin göstəriş və tapşırıqlarının yerinə yetirilməsi üçün müəssisələrdə keçirilən təxirəsalınmaz tədbirlərin keçirilməsindən danışd. Tarix-diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova, MKS-nin direktoru Rövşən Balayeva, Arif Məmmədov adına Uşaq musiqi Məktəbinin direktoru Rövşən Zamanov aprel may aylarında görülmüş işlər barədə hesabat verərək qarşıda duran vəzifələrdən danışdılar.
Sonda Ramiz Quliyev müşavirə iştirakçılarına gələcək işlərində müvəffəqiyətlər arzuladı.
Foto Qalereya