Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
12 İyun , 2019

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar “Vüqar və əzəmət mücəssəməsi“ adlı tədbir keçirildi.

 

11iyun 2019-cu il tarixdə Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında ” 28 yanvar 2019-cu il tarixli  Sərəncamına əsasən “Vüqar və əzəmət  mücəssəməsi“ adlı tədbir keçirildi.  Tədbirdə rayon Ziya Bünyadov adına  3 saylı məktəbin müəlliməsi Yaqut Kazımova,  Tarix – Diyarşünaslıq müzeyinin əməkdaşları Humay Əsgərova, Gülqiz Şıxaliyeva,  27saylı Ağdam tam orta köçkün məktəbin müəlliməsi  İradə Quliyeva  həmin məktəbin bir qrup şağirdləri iştirak etdilər.  Tədbiri giriş sözü ilə  MKS-inin direktoru  Rövşən Balayeva açdı. O çıxışında bildirdi ki, İsmayıl Şıxlının adı Azərbaycanda həm yazıçı, həm də ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır.Tədbirin  aparıcı  xidmət şöbəsinin “ Multmediya mütəxəssisi” Güllü Paşayeva Azərbaycanın Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının həyat və yaradıcılığından tədbir iştirakçılarına məlumat verdi.  Mərkəzi kitabxananın müavini Nazlı Əhmədova,kitabxananın baş kitabxanaçısı Arzu Rəhimovaçıxışlarında vurğuladılar ki,yaşlı və orta nəslin nümayəndələri arasında onun “Dəli Kür” romanını və bir sıra kiçik hekayələrini oxumayan adam tapmaq çətindir.    İsmayıl Şıxlı zaman-zaman oxunacaq bir kitab, müxtəlif nəsillərin müraciət etməli olduğu bir məktəb qoyub getmişdir. Kitabxananın  İnformasiya – Resurs şöbəsinin müdiri Elmira Kərimovanın  hazırladığı      ” İsmayıl Şıxlıya -100 “  video – çarxı nümayiş etdirildi.  Tədbirin sonunda 27 saylı Ağdam tam orta məktıbinin şagirdləri “ Dəli Kür” əsrindən bir parça səhnəcik göstərdilər.  .

Foto Qalereya