Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
1 İyun , 2019

Göyçayda “1 - iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu.

2019-06-01

01 iyun 2019-cu il tarixdə Göyçay şəhər Uşaq Musiqi məktəbinin qarşısında “1 - iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, təhsil və mədəniyyət işçiləri, rayonun ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin rayonda məskunlaşmış məcburi köçkün ailələrinin uşaqları iştirak edirdilər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirdi ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq Hüquqları Haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atıldığını və böyük işlər görüldüyünü vurğuladı.
Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür.
Tədbir uşaqların ifalarında mahnı və rəqslərlə davam etdirildi.
Sonda fəal uşaqlara rayon icra hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamələr və hədiyyələr təltif edildi.
Bayram münasibəti ilə rayon mərkəzi xəstəxanasında son on gündə anadan olmuş körpələrin valideynlərinə rayon Qeydiyyat şöbəsi tərəfindən doğun haqqında şəhadətnamələr  təntənəli şəkildə təqdim olunmuşdur.