Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
8 May , 2019
Göyçay rayon MKS- inin tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Kitab təfəkkürün yorulmayan qanadlarıdır “ adlı Oxu bayramı keçirildi
08.05.2019-cu il tarixində Göyçay rayon MKS- inin tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Kitab təfəkkürün yorulmayan qanadlarıdır “ adlı Oxu bayramı keçirildi.
Tədbiri giriş sözü ilə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov açdı. O bayram münasibətilə iştirakçıları təbrik etdi və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi. Sonra MKS-nin direktoru Rövşən Balayeva öz çıxışında bildirdi ki, Azərbaycan qədim dövrlərdən öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. 
Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən nəşrlər, tibb, humanitar, hüquq, məlumat ədəbiyyatları da daxil olmaqla müxtəlif sahələrə aid 1000 nüsxədən artıq kitab nümayiş etdirildi. Qonaqlar və bayram iştirakçıları “Dünya şöhrətli siyasətçi - Heydər Əliyev “96””, “İlhamla işıqlı gələcəyə doğru”, “2019 - İmadəddin Nəsimi ili",” İsmayıl Şıxlının -100 ”, “ Cəfər Cabbarlının -120 “,” Cəlil Məmmədquluzadə - 150 “, “ Göyçayl generallar” “Klassik Azərbaycan ədəbiyyat”, “ Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”,”Tarixin qan yaddaşı Qarabağ”, “Şifahi xalq yaradıcılığı”,”Müasir Azərbaycan ədəbiyyatı”, ”Dünya uşaq ədəbiyyatı”, “Məlumat nəşrləri”,”Danışan kitablar”, “Balalara hədiyyə”, ”Lüğətlər. Ensiklopediyalar”, “Kənd təsərrüfatının inkişafı”,” Yeni nəşrlər ” və digər sərgilərlə yaxından tanış olmuşlar. Tədbirdə məktəblilər Ümummilli lider Heydər Əliyevə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söyləmiş, mahnılar oxumuş, səhnəciklər göstərmiş, rəqslər ifa etmişlər. 
Bayram şənliyində müxtəlif maraqlı biliyə, elmə, vətənə sevgi hissləri aşılanmış, nağıl qəhrəmanlarının obrazları məktəblilərin iştirakı ilə canlandırılmışdır.
Ədəbi – bədii konsert proqramı tədbirin sonuna qədər davam etdirilmişdir.
Foto Qalereya