Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
30 Mart , 2019

Dövlət Gömrük Komitəsinin sədri Göyçay şəhərində vətəndaşları qəbul edib

2019-03-30

Mart ayının 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Göyçay şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ulu öndər Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Qəbulda bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.