Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
7 Mart , 2019

Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

2019-03-07

Tədbirdə rayon İcra Hakimyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun təhsil, səhiyyə, mədəniyyət sahəsində və müxtəlif sahələrində çalışan qadınlar iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə tədbir iştirakçılarını salamlayaraq  xanımları bayram münasibətilə təbrik etdi, onlara can sağlığı və müvəffəqiyyətlər arzuladı. Bildirdi ki, bu gün Azərbaycanın Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək Prezident İlham Əliyev cənablarının 8 mart- Beynəlxalq Qadınlar Bayramı münasibətilə Azərbaycan qadınlarına təbrikini diqqətə çatdırdı. 
Tədbirdə rayon Qadınlar Şurasının sədri Tahirə Qurbanova, oftalmoloq həkim Sevinc Abdullayeva, Qafqaz Müsəlmanlar İdarəsinin yerli nümayəndəsi Rəsul Kazımov və rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını, analarını təbrik etdilər, onlara xoşbəxtlik və sadət arzuladılar.
Sonda rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın rayon müxtəlif hədiyyələrlə təltif olundular.