Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
5 Fevral , 2019

05 fevral 2019-cu il tarixində Göyçay rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon mədəniyyətmüəssisələrinin işçiləri ilə seminar müşavirə keçirilmişdir.
İlk öncə Ağdaş Regional Mədəniyyət idarəsinin rəis müavini Sahib Şükürov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müvafiq əmri ilə Ağdaş Regional Mədəniyyət idarəsinə yeni rəis təyin olunmuş Ramiz Quliyevi mədəniyyət işçilərinə təqdim etmişdir.
Sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev mədəniyyət işçilərini salamlayaraq onlara öz əmək fəaliyyəti və iş prinsipləri barəsində ətraflı məlumat vermişdir. O,birinci tələbin əmək intizamı olacağını qeyd etmiş,işə davamiyyət və nizam-intizam tədbirlərinin daima diqqət mərkəzində olacağını bildirmişdir.Ramiz Quliyev hər ay rayonlarda keçiriləcək seminar müşavirələr barəsində məlumat verərək qeyd etmişdir ki, müşavirələrdə müəssisələrin hesabatları dinləniləcək, lazımi tövsiyyə və tapşırıqlar veriləcəkdir.Eyni zamanda Regional İdarənin müvafiq əmri ilə yaradılmış monitorinq qrupunun üzvlərinin müəssisələrdə çatışmazlıqların aradan qaldırılması məqsədilə mütəmadi olaraq yerlərdə olacağı bildirilmişdir. Müəssisələrdə tədbirlərin təşkil ilə bağlı çıxış edən Ramiz Quliyev qeyd etmişdir ki, əlamətdar tarixi günlər, bayramlar, yubileylər və digər tədbirlər Ağdaş Regional Mədəniyyət İdarəsinin müvafiq əmrləri və Tədbirlər Planlarına uyğun olaraq keçirilməli və sənədləşdirmə işləri dəqiq aparılmalıdır.Çıxışına davam edən Ramiz Quliyev bildirmişdir ki,kitabxanalarda açıq hava şəraitində, insanların kütləvi olduğu məkanlarda mütəmadi olaraq sərgilər keçirilməli,oxucularla işin qurulması yüksək səviyyədə təşkil olunmalıdır.
Ramiz Quliyev 2019-cu ildə qarşıda duran vəziflərdən danışmaqla yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019- cu il tarixli Fərmanı haqqında da mədəniyyət işçilərinə məlumat verərək bildirmişdir ki, əmək intizamına əməl etməklə öz işini günün tələbləri səviyyəsində quran heç bir işçi kənarda qalmayacaqdır. O qeyd etmişdir ki, bu gün kənd kitabxana və klub filiallarının çoxunun işi günün tələblərinə cavab vermir və işlərinə məsuliyyətsiz yanaşırlar. Kənd filiallarının çoxunda tədbirlər keçirilmir.Bu gün kitabxanalarda,eləcə də klub müəssisələrində keçirilən tədbirlər günün tələblərinə cavab vermir, keçirilən tədbirlərin sənədləşdirilməsi işi düzgün aparılmır.
Daha sonra Ramiz Quliyev qeyd etdi ki, müəssisələrində bu günədək ödənişli dərnəklərin yaradılmaması yolverilməzdir. Ona görə də təcili olaraq bu sahədə işi qurmaq lazımdır. Bir halda ki,klub müəssisələrində dərnəklər fəaliyyət göstərir, deməli təcili olaraq onlarda ödənişli xidməti tətbiq etmək vacibdir.
Ramiz Quliyev çıxışında mədəniyyət müəssisələrinin texniki təchizatı haqqında danışaraq müəssisəlrin istilik sistemi, su və elektrik enerjisi ilə eyni zamanda zəruri invertar avadanlıqlarla təmin edilməsinin nəzarətdə saxlayacağını vurğulamış və ümidvar olduğunu bildirmişdir ki, Göyçay rayonunun mədəniyyət işçiləri mənə dəstək olacaqlar.
Daha sonra Göyçay rayon Mədəniyyət Mərkəzinin direktoru Azad Xudaverdiyev, Göyçay rayon MKS-nin direktoru Rövşən Balayeva,Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva,R.Rza ev muzeyinin direktoru Solmaz Həsənova,Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bəsti Sultanova 2018-ci ildə gördükləri işlər barədə hesabat xarakterli çıxışlar etmişlər.

Foto Qalereya