Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
2 Fevral , 2019

Göyçaylı gənclər Gənclər Gününü qeyd ediblər

2019-02-02

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Heydər Əliyev Mərkəzinə gələn gənclər burada Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədlərlə tanış olublar. Sonra Gənclər Mərkəzinin qarşısında gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Mərkəzdə keçirilən bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəncləri təbrik edib, onların sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişmələrində ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətindən danışıb.
Daha sonra təhsildə, idmanda və rayonun ictimai həyatında fəallıq göstərən bir qrup gəncə rayon icra hakimiyyətinin fəxri fərmanı, təşəkkürnamələri və xatirə hədiyələri verilib.
Sonda Göyçay rayon mədəniyyət şöbəsinin gənc istedadlarının iştirakı ilə hazırlanan konsert verilib.