Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
2 Fevral , 2019

02.02.2019 cu il tarixində Göyçay rayon MKS də "2 fevral Gənclər günüdür" başlığı altında tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru R.Balayeva açaraq ilk öncə gəncləri təbrik etdi. Sonra abonement bölmə müdüri Şıxaliyeva Səlmi və Uşaq şöbəsinin oxu zalının müdüri Qafurova Sevinc Ulu Öndərimiz Heydər Əliyevin gənclərə və gəncliyə verdiyi önəmdən,onlar üçün qoyduğu uğurlu yoldan danışaraq bu yolun davamında gənclərə uğur və müvəffəqiyyət arzuladılar. Tədbirin gənc qonaqları da gənclik haqqında öz fikirlərini bildirdilər.

 

Foto Qalereya