Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
1 Fevral , 2019

31. 01. 2019- cu il tarixdə M. Ə.Sabir adına Göyçay rayon Mərkəzi Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Şərqdə ilk demokratik Respublika və onun qurucusu M.Ə.Rəsulzadə”adlı dəyirmi masa keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Tədbiri giriş sözü ilə açaraq kitabxananın direktoru R.Balayeva Məhəmməd Əmin Rəsulzadə- Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri , Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olması haqqında məlumat vermişdir. Kitabxananın Oxuculara xidmət şöbəsinin biblioqrafı G. Bədirova çıxışında qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Biblioqrafiya və metodika şöbəsinin metodisti Quliyeva Nahidə, M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti haqqında, Komplektləşdirmə və kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Həbillahova Nuranə M.Ə.Rəsulzadənin xalqa etdi müraciətlər haqqında tədbir iştirakçılarına məlumat verdilər.Tədbirdə R.Rza muzeyinin direktoru Solmaz Hacıyeva , “Arvan” kitabxana işçiləri və mərkəzi kitzbxana işçiləri iştirak etdilər. Sonda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları əks etdirən sərgiyə baxışla sona yetdi.

Foto Qalereya