Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
22 Yanvar , 2019

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olmuşdur.

Nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilmişdir.

Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunmuşdur.

Ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək.