Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
14 Dekabr , 2018

14.12.2018- ci il tarixdə Göyçay rayon MKS-də böyük maarifçi,ədəbiyyat fədaisi,tərcüməçi,şair Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar “Yenə o bağ olaydı” adlı musiqili ədəbi-bədii gecə keçirildi.Tədbirdə rayonumuzun bir qrup ziyalıları: Məmmədov Adil, Aqil Kəngərli,Əkbər Əlioğlu,Sahib Şükürov,Yahyazadə Pərviz,Əliyeva Zemfira,Həsənova Solmaz, Məlikov Nəriman,5 saylı orta məktəbin müəllim və şagird kollektivi,rayon Musiqi məktəbinin direktoru Zamanov Rövşən və onun kollektivi,rayon Tarix – diyarşünaslıq muzeyinin əməkdaşları iştirak etdilər.Tədbirdə iştirak edən qonaqlar Müşfiqin həyat və yaradıcılığı və xatirələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.5 saylı orta məktəbin şagirdləri şairin şeirlərindən  əzbər söylədilər. Tədbir boyunca şairin həyat və yaradıcılığına həsr olunmuş slayd  nümayiş etdirildi.Sonda şairin sözlərinə yazılmış mahnılar səsləndirildi.

Foto Qalereya