Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
29 Noyabr , 2018
“ 3 dekabr Beynəlxalq Əlillər günüdür ”.
28.11.2018- ci il tarixində M.Ə.Sabir adına Göyçay rayon MKS – də “ 3 dekabr Beynəlxalq Əlillər Gününə” həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Rövşən Balayevaya bildirdi ki, 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Kitabxana-biblioqrafiya prosesslərinin avtomatlatlaşdırılması şöbəsinin müdiri Nərminə Qəhrəmanova çıxışında qeyd etdi ki Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Tədbirdə Göyçay rayon Əlillər cəmiyyətinin sədri Rövşən Şərifov,II qrup əlil Səbuhi Mehdiyev və Mətləb Mahmudov çıxış etdilər. Tədbirdə Ziya Bünyadov adına şəhər 3 saylı orta məktəbin müəllimi Yaqut Kazımova, Göyçay qəzetinin muxbiri Elza Mehdiyeva,Qırmızı Aypara cəmiyyətinin mühasibi Mələknisə Mikayılova iştirak etdilər. Göyçay şəhər 3 saylı məktəbin 5 –ci sinif şagirdləri Günay və Gülay Qasımova , Hüseyn Əliyev gorkəmli şairimiz B.Vahabzadənin “ Vətəndaş “ və M.Müşfiqin “ Bəxtiyar “şerini söylədilər. Sonda İnformasiya – resurs şöbəsi tərəfindən “Beynəlxalq Əlillər “ gününə həsr edilmiş video- çarx nümayiş etdirildi.
Foto Qalereya