Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
20 Noyabr , 2018

19.11.2018 ci il tarixdə saat 11.00 da M. Ə. Sabir adına Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “ Qarakənd faciəsi-Açılmayan düyünlər” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın Xidmət şöbəsinin işçisi G. Bədirova açaraq bildirdi ki, 1991ci-il 20 noyabr tarixində Xocavənd rayonun Qarakənd kəndinin yaxınlığında Azərbaycan helikopteri vurulub. Həmin gündən sonra 20 noyabr günü azərbaycanlıların yaddaşında “Qarakənd faciəsi” kimi qalıb. Bildirdi ki, 1991 -ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopter vurulub.Həlak olanlar arasında Dövlət katibi Tofiq İsmayılov,baş prokuror İsmət Qayıbov, dövlət müşüviri daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov,Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev,ümumilikdə 22 nəfər həlak olub.
Uşaq şöbəsinin müdiri S. Əliyeva İsmət Qayıbov , Məhəmməd Əsədov və başqaları haqqında məlumart verdi.
Tədbirdə Rəsul Rza adına muzeyin direktoru,Solmaz Hacıyeva ,Heydər Əliyev Mərkəzinin işçıiləri, ”Arvan” kitabxana işçiləri və məktəblilər iştirak etdilər.
1 saylı məktəbin şagirdi Leyla Bayramlı Xəlil Rzanın “Mən Azərbaycanam”, 5 saylı məktəbin şagirdi Nisə Bayramova Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən “ adlı şerlərini söylədilər.
Foto Qalereya