Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
16 Noyabr , 2018

Göyçay rayon MKS-də Milli Dirçəliş Günü ilə əlaqədar dəyirimi masa keçirildi.

16. 11. 2018- ci il tarixdə Göyçay rayon MKS-də Milli Dirçəliş Günü ilə əlaqədar dəyirimi masa keçirildi. 
Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Rövşən Balayeva açaraq qeyd etdi ki, Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaq görənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.
MKS-nin Metodika biblioqrafiya şöbəsinin metodisti Rəna Kərimova çıxışında bildirdi ki, 1990-cı il noyabrın     17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Sonda oxucular mövzu ilə əlaqədar sərgi ilə tanış oldular.

 

Foto Qalereya