Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
8 Noyabr , 2018

08.10. 2018-ci il tarixdə Göyçay rayon Mərkəzi Kitabxanasında Azərbaycan Dövlət Bayrağı günü münasibəti ilə “Mənim varlığımın cilası –bayraq “ adlı tədbir keçirildi.  İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Tədbiri giriş sözü ilə açan MKS-nin metodika biblioqrafiya şöbəsinin işçisi Nahidə Quliyeva bayrağımızın təsis olunma tarixindən danışdı. Təbirdə rayon 3 saylı 1 saylı  və 5 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. 3 saylı məktəbin müəlliməsi Samirə Bəşirova bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verdi. Şagirdlər Azərbaycana və Bayrağa aid  mahnilar oxuyub şeirlər söylədilər.

 


Foto Qalereya