Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
6 Noyabr , 2018

Göyçay rayonunda ənənəvi Nar Festivalı keçirilmişdir.

 06.11.2018

Göyçay rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  və  AZNAR Qapalı Səhimdar cəmiyyətinin təşkilatçılığı ilə XII Nar Festivalı  3-4 noyabr 2018-ci tarixlərində Göyçay şəhərinin ən böyük prospekt və küçələrində keçirilmişdir.

          Festivalda 20-dən çox ölkənin səfirlikləri və səfirlik nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonların İcra Hakimiyətlərinin başçıları və nümayəndələri, yerli və xarici KİV nümayəndələri, azərbaycanın və xarici ölkələrin televiziya kanallarının nümayəndələri iştirak etmişdirlər.

          Minlərlə xarici turistin də qatıldığı tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri, folklor ansamblı,şəhər uşaq musiqi məktəbinin ansamblı və xor kollektivi, xalq tətbiqi sənət növü ilə məşğul olan sənətkarlar iştirak  etmişdirlər. Festivalın daha rəngarəng keçirilməsi üçün qonşu Qəbələ rayonundan taxta üzərində oyma işi ilə məşğul olan sənətkarlar, habelə İsmayıllı rayonunun Lahıc kəndi ərazisində fəaliyyət göstərən miskərlər də  tədbirdə iştirak etmişdir.

          Festivalda  ölkəmizin ən böyük firma və şirkətləri, iş adamları istehsal etdikləri məhsulların reklamını və satışını təşkil etmişdirlər.

           2 gün davam edən Nar Festivalında rayonun kənd təssərrüfatı məhsulları, o cümlədən nar və nardan hazırlanmış məhsulların satış yarmarkası keçirilmişdir

           Göyçay rayonunun respublikanın turizm mərkəzlərindən birinə çevrilməsi məqsədi ilə Nar Festivalının gələcəkdə daha böyük səviyyədə keçirilməsi nəzərdə tutulmuşdur.

Festivalda təxminən 45 min nəfərdən artıq yerli və xarici turistlər iştirak etmişdir.

Foto Qalereya