Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
5 Noyabr , 2018
02.11.2018-ci il tarixdə Göyçay rayon MKS- də Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə ”Çağdaş ədəbiyyatımızın klassiki”adlı tədbir keçirdi .Tədbirdə Rəsul Rza ev muzeyinin müdiri Solmaz Həsənova, Heydər Əliyev Mərkəzinin bir qrup əməkdaşı iştirak etdi. Tədbiri giriş sözü ilə açan Komplektləşmə və kitabişləmə şöbəsinin müdiri İradə Əliyeva bildirdiki Anar Rzayev müasir bədii-fəlsəfi, ictimai-siyasi və elmi-mədəni fikrimizin ən tanınmış və nüfuzlu nümayəndələrindəndir. XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur nümayəndələrindən olan xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar çox istedadlı yazıçı, əsl ziyalı və ləyaqətli vətəndaşdır. Daha sonar Komplektləşmə və kitab işləmə şöbəsinin əməkdaşı Həbillahova Nuranə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O çıxışında vurğuladı ki, Anarın qələminin məhsulu olan “Ağ liman”, “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Anlamaq dərdi”, “Adamın adamı”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi”, “Otel otağı”, “Gürcü familiyası”, “Mütləq görüşərik” və digər əsərləri ədəbiyyatımızın gözəl nümunələridir. Rəsul Rza ev muzeyinin müdiri Solmaz Hacıyeva çıxışında bildirdi ki, Azərbaycanın bütün teatrlarında Anarın pyeslərinin tamaşaya qoyuldığunu, ölkəmizin hüdudlarından kənarda onun 60-dan artıq kitabı nəşr edilmişdir. Anar 15 bədii, 10-dan çox sənədli və televiziya filminin ssenari müəllifidir. Sonda yazıçıya həsr olunmuş video- çarx nümayiş etdirildi .
Foto Qalereya