Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
25 Avqust , 2018

Asif Akif oğlu Nəsirli 1982-ci ildə Göyçay rayonunun Qaraxıdır kən-dində anadan olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki-ordinaturada tədrisini davam etdirib. 2008–2012-ci illərdə Türkiyə və Rusiyada uzun müddətli ixtisas artırma kursları keçib. 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasion onkoloq vəzifəsində çalışır. 9 elmi nəşri çap olunub. Rus və İngilis dillərini bilir. Tibb elmləri namizədidir. 2016-cı ildə onkologiya sahəsinin inkişafında göstərdiyi fəaliyyətlərinə görə “Fəxri fərman”la təltif edilib, həmçinin "İlin həkimi 2017" Ali media mükafatına layiq görülüb.