Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
23 Avqust , 2016

Məlahət Soltan qızı Hüseynova 1967-ci il yanvar ayının 1-də Göyçay rayonunun Qarabaqqal kəndində anadan olub. 1984-cü ildə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1987-ci ildə Sumqayıt Dövlət  Universitetinin “Kimya istehsalının maşın və aparatları” fakültəsinə daxil olub. 1992-ci ildə  həmin universitetin eyni adlı ixtisas üzrə tam  kursu bitirərək “Mühəndis-mexanik” ixtisasına yiyələnib. M.Hüseynova 1992-2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Standartlaşdırma və sertifikatlaşdırma” kafedra-sında assistent, 2005-ci ildən isə Sumqayıt Dövlət Universitetinin  “Tədris Metodiki”  şöbəsində  istehsalat təcrübə rəhbəri vəzifəsində çalışıb. 2008-ci ildə Az.ETKTİ və Texnlologiya İnstitutunda “Yeni iqtisadi sistemdə aqroemal bazarının inkişafı  və idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə  fəlsəfə doktoru elmi dərəcəsi alıb.  2009-cu ilin sentyabr ayının 10-dan hal-hazıra kimi Sumqayıt Dövlət Universitetinin “Biznesin təşkili və idarə edilməsi”  kafedrasında baş müəllim vəzifəsində çalışır. 2011-ci ildən etibarən dosentdir. M.Hüseynovanın tədqiqatları əsasən aqroemal sahələrinin inkişafı,  idarə olunması  və inteqrasiyası, ərzaq məhsullarının ekoloji təhlükəsizliyi məsələlərinə  həsr olunub. 2,9 çap vərəqi həcmində 7 elmi məqalənin müəllifidir.