Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
25 Avqust , 2016

Xalıq Məmməd oğlu Həşimov 1949-cu il dekabr ayının 10-da Göyçay şəhərində anadan olub. 1966-cı ildə Göyçay şəhərində orta məktəbi bitirən-dən sonra V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olub və 1970-ci ildə həmin Ali təhsil müəssisəsinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1970-1972-ci illərdə Göyçay şəhər 2 №-li məktəbdə kimya  müəllimi  işləyib. 1973-1974-cü  illərdə  AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis vəzifəsində çalışıb. 1974-1991-ci illərdə həmin institutda əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi vəzifəsində çalışıb. 1986-cı ildə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namiəzdlik dissertasiyasını müdafiə edib. Kimya elmləri namizədidir.1991-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunu Bakı filialında laboratoriya müdirı işləyib.1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda laboratoriya müdiri,asissent və dosent vəzifəsində çalışıb. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının dosentidir.