Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
25 Avqust , 2016

Siyavuş Şəmsəddin oğlu Vəliyev 1947-ci il fevralın 1-də Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsini fərqlən-mə diplomu ilə bitirib. 1984-cü ildə “Mexanikləşdirilmiş manqaların maşın-lar kompleksinin əsaslandırılması və üzvi gübrələr texnologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi adını almışdır. 1989-cu ildən dosentdir. 1988-1990-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Əmək mühafizəsi” kafedrasının müdiri, 1990-1994-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Kənd təsərrüfa-tının mexanikləşdirilməsi” fakültəsinin dekanı, 1994-1996-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris işləri üzrə prorektoru və rektor əvəzi, 1996-2003-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Əmək mühafi-zəsi” kafedrasının dosenti, 2003-2008-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Maşın traktor parkının istismarı və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri vəzifələrində çalışıb. 2010-cu ildən hal-hazıra kimi Azərbaycan Dövlət Aqrar Universiteti qiyabi təhsil şöbəsini müdiridir. Həmin il “Tərəqqi” medalı ilə təltif olunub. Bir sıra məqalələrin, dərs və metodoloji vasitələrin müəllifidir.