Salman Məhəmməd oğlu Salmanov 27oktyabr 1941-ci ildə Göyçay
rayonunun Qarabaqqal kəndində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetini (ADU) bitirib. Analoq hesablama maşın-larında
qeyri-yekcins mühitlərdə mayelə-rin süzülməsinin tədqiqatları və modelləş-dirilməsi
mövzusunda namizədlik disser-tasiyası
müdafiə edib. AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı
elmi işçisi, Texnika elmləri namizədidir. 16 elmi məqalənin və 1 elmi əsərin müəllifidir.