Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
25 Avqust , 2016

Mahir Nəsrəddin oğlu Cavadov 1939-cu ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. Orta məktəbi Ağdaş rayonun-da bitirəndən sonra 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fa-kultəsinə daxil olur və 1962-ci ildə institutu müvəffəqiyyətlə bitirib təyinatla Ağdaş rayonunun Qoşaqovaq kənd orta məktəbin-də kimya-biologiya müəllimi işləyir. 1964-cü ildən M.Cavadov Azərbaycan Respublikası EA Qeyri-üzvi və fiziki kimya institutunda kiçik elmi işçi və elmi işçi vəzifə-lərində çalışır. Azərbaycandakı təbii ehtiyatların fiziki-kimyəvi xüsusiyyətlərinin tədqiqi və onların texnikada, habelə isteh-salatda tətbiqilə bağlı 45 elmi işin və 5 ixtiranın müəllifidir. 1978-ci ildə “Daşsalahlı dillərinin fiziki-kimyəvi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını AREA Qeyri-üzvi və fiziki kimya institutunda müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi alır. Tanınmış alım 1993-cü ildə vəfat edib.