Səyyaf Hüseyn oğlu Xəlilov
1938-ci il martın 23-də Göyçay rayonunun Bığır kəndində ziyalı ailəsində anadan
olub. Atası Göyçayın tanınmış maarif işçilərin-dən biri idi. S.Xəlilov Bakı
Dövlət Universitetinin coğrafiya fakültəsində təh-sil alıb. O, görkəmli
akademik Həsən Əliyevlə birgə Moskva, Tbilisi, Minsk, Novosibirsk kimi
şəhərlərdə keçirilən konqres və qurultaylarda nəinki iştirak, hətta məruzələrlə
çıxış etmişdi. Onun toxunduğu problemlər həmişə diqqətlə dinlənilir və
ayrı-ayrılıqda araşdırma mövzusuna çevrilirdi. 100-ə yaxın elmi məqalənin, monoqrafiyanın müəllifi olan kənd təsərrüfatı elmləri
namizədi S.Xəlilov keçmiş İttifaqın bir çox şəhərlərində, eləcə də Almaniyada
çıxan jurnallarda müntəzəm çıxış edirdi. Yeni meşə zolaqlarının salınması, meşə
örtüklərinin mühafizəsi ilə bağlı maraqlı fikirləri var idi. Onun elmi tədqiqatları
dünya coğrafiyaşünas-larının diqqətini həmişə cəlb edirdi. Xalq təsərrüfatı
əhəmiyyətli elmi hesabatların, 15-ə qədər xəritənin müəllifi olan S.Xəlilovun
elmi uğurları həmişə başqa ölkələrin alimləri tərəfindən maraqla qarşılanırdı.
O, 1971-ci ildə Qırğızıstan və Tacikistan torpaqşü-naslıq institutlarının
Pamir-Tyan-Şan yüksək dağlıq sahəsində torpaq əmələgəlmə prosesi-nin
xüsusiyyətlərini öyrənmək üçün təşkil olunan ekspedisiyada iştirak etmişdir.
Azərbaycan torpaqşünaslıq məktəbinin ləyaqətli təmsilçisi olan S.Xəlilov keçmiş
İttifaqın torpaqla bağlı bütün nüfuzlu cəmiyyətlərinin üzvü idi. Onun tədqiqat
işləri bir çox respublikalarda tətbiq olunaraq səmərəli nəticələr verirdi.
Coğrafiya və stasionar tədqiqatları alimə böyük şöhrət gətirmişdi. S.Xəlilov
2008-ci ildə vəfat edib.