Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
25 Avqust , 2016

Sabir Bünyad oğlu Bünyadov 1933-cü ildə Göyçay şəhərində anadan olub. Bakı texno-loji maşınqayırma texnikumunu fərqlənmə ilə bitirib, Leytenant Şmidt adına (indiki Səttarxan adına) zavodda konstruktor, usta, sex rəisi, növbə rəisi işləyib. 1953-1956-cü illərdə İsmayıllı rayon İvanovka kənd MTS-nın rəhbəri olub. 1956-cı ildə doğma zavoda qayıdır. 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft-kimya institutunun (indiki Azərbaycan Neft akademiyası) neft-mexanika fakultəsini bitirib böyük istehsalat təcrübəsi olduğu nəzərə alınmaqla, institutun «Metallar texnologiyası» kafedrası-na işə dəvət olunur. 1967-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alır. 1969-cu ildə isə həmin kafedranın dosenti seçilir. S.Bünyadov 1976-1985-ci illərdə Neft və kimya institutunda «Metallar texnologiyası» kafedrasının, 1986-1992-ci illərdə isə  “Mühəndis qrafikası” fakultəsinin rəhbəri olub. Sabir Bünyadov bir çox elmi konfrans-ların təşkilatçısı, səmərələşdirici təkliflərin, elmi məqalələrin və məruzələrin, metodik vəsaitlərin müəllifi, institutun nəzdində elmi-istehsalat mərkəzinin yaradıcısı olub. Sabir Bünyadov 1996-cı ildə vəfat edib.