Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
26 Oktyabr , 2018
Elçin Əfəndiyevin 75- illik yubileyi ilə əlaqədar “Möhtəşəm qələmin möcüzələri” adlı tədbir keçirildi.
26.10.2018- ci il tarixdə Mərkəzi Kitabxanada Görkəmli yazıçı, nasir,dramaturq, tənqidçi, ədəbiyyatşünas, publisist və ictimai xadim Elçin Əfəndiyevin 75- illik yubileyi ilə əlaqədar “Möhtəşəm qələmin möcüzələri” adlı tədbir keçirilmişdir. İlk öncə yazıçıya həsr olunmuş slayd göstərildi.Sonra Elçininyaradıcılığı haqqında abonoment bölmə müdiri Şıxalıyeva Səlmi tədbir iştirakçılarına geniş məlumat verərək qeyd etdi ki, Elçin Əfəndiyev Azərbaycan xalqının tarixi mənəvi varlığını, bədii sözü ədəbiyyat aləmində inadkar inamla qoruyan, əks etdirən yazıçı və tənqidçilərdən olub çağdas Azərbaycan ədəbiyyatının canlı klassiklərindəndir. Oxu zalının müdiri Qafurova Sevinc isə yazıçının həyatı haqqında danışdı. Tədbirdə eyni zamanda yazıçıya həsr olunmuş şeirlər səsləndirildi. Sonda yazıçıya həsr olunmuş sərgiyə baxış keçirildi və ədibimizə uzun ömür, can sağlığı , əvvəlkilərdən daha güclü yaradıcılıq müvəffəqiyyətləri arzu edildi.
Foto Qalereya