Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
10 Oktyabr , 2018

Göyçay rayon İcra Hakimiyyəində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

2018-10-16

Göyçayda cari ilin doqquz ayında aqrar sahədə daha uğurlu nəticələr qazanılıb. Bu mövsümdə 14,7 min hektar sahədən 42,7 min ton mühüm strateji məhsul olan taxıl istehsal edilib ki, bu da əvvəlki ildəkindən 721,6 ton çoxdur. Taxılın məhsuldarlığı 0,8 sentner artaraq 29 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət, süd, yumurta istehsalı, mal-qaranın və qoyunların baş sayı artıb. Bütövlükdə hesabat dövründə kənd təsərrüfatında ümumi məhsul istehsalı 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çoxdur.
Bu məlumatlar oktyabrın 16-da rayonda keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin hesabat məruzəsində, eləcə də çıxışlarda kənd təsərrüfatının digər sahələrində, o cümlədən tərəvəz, barama, meyvə istehsalında əldə edilən nəticələr geniş təhlil olunub. Bildirilib ki, faraş tərəvəz istehsalı üçün ümumi sahəsi 277,65 hektar olan 7581 örtülü istixana quraşdırılıb. Doqquz ayda 44 min 725 ton tərəvəz istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4 min ton çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilən faraş tərəvəz əsasən Rusiya bazarlarına ixrac olunub.
Baramaçılığın inkişafı sahəsində də nəticələr uğurludur. Cari mövsümdə ötən ildəkindən 2,4 dəfə çox, 12 min 500 kiloqram barama tədarük edilib.
Hesabat yığıncağında sənayenin inkişafı, tikinti-quruculuq və abadlıq işləri, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması və sair sahələrdə də xeyli işlərin görüldüyü diqqətə çatdırılıb, habelə qarşıda duran konkret vəzifələr geniş müzakirə olunub.