Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
17 Oktyabr , 2018

Göyçay rayon MKS-də 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş ” Müstəqilliyə Doğru Gedən Yol” adlı tədbir keçirildi.

17.X.2018 - ci il tarixində Göyçay rayon MKS - də 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş “Müstəqilliyə Doğru Gedən Yol “adlı Dəyirmi Masa keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın oxu zalının müdiri Şövqiyyə Əliyeva açdı.O müstəqilliyimizin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan, onun zəngin siyasi təcrübəsindən, yüksək idarəçilik bacarığından, Vətənə olan tükənməz sevgisindən söhbət açdı. 
Daha sonra uşaq kitabxanasının oxu zalının müdiri Sevinc Qafurova Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən danışdı.Müstəqillik yolunda canlarından keçmiş vətənpərvər igidlərimizdən, onların şücayətlərindən canlı iştirakçılar bir çox epizodlar söylədilər.
Tədbirdə kitabxana işçiləri, 1 saylı məktəbin müəllimi Şəhla Qarayeva , musiqi məktəbinin uşaqları, R.Rza adına Muzeyin drektoru Solmaz Hacıyeva müəllimə iştirak edirdilər.
Tədbirin sonunda “Müstəqilliyə Doğru geden Yol” adlı sərgiyə baxış keçirildi.

Foto Qalereya