Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
1 Oktyabr , 2018

Göyçayda prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirildi

2018-10-01

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətitinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, veteran prokurorluq işçiləri, rayonun ictimaiyyətin nümayəndələrinin iştirak etmişlər.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək Respublika prokurorluğunun rəhbərliyini, prokurorluq orqanlarının əməkdaşlarını və rayon prokurorluğunda çalışan bütün işçiləri «01 oktyabr prokurorluq işçiləri günü» və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibəti ilə təbrik etmişdir.
Prokurorluq orqanlarının yaranma tarixindən söz açan rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə müstəqillik dövründə bu orqanın fəaliyyətində ümummilli lider ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, bu gün dövlət başçısı İlham Əliyev cənablarının təşəbbüsü ilə ölkəmizin prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışıb.
Azərbaycanın prokurorluq orqanları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini xüsusi qeyd etməklə icra hakimiyyətinin başçısı prokurorluq orqanlarının ölkədə ictimai-siyasi asayişin qorunmasında əzmlə çalışacaqlarını bildirib.
Tədbirdə çıxış edən rayon prokuroru Muxtar Eminov Respublikanın Baş prokuroru cənab Zakir Qaralovun prokurorluq işçilərinin ünvanladığı təbrik məktubunu yığıncaq iştirakçılarının diqqətinə çatdırmaqla prokurorluq əməkdaşlarının cinayətkarlığa qarşı apardıqları mübarizə tədbirlərindən söz açıb.
Çıxış edən digər natiqlər prokurorluq sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə görə ölkə prezidenti İlham Əliyev cənabların öz minnətdarlıqlarını bildiriblər.
Yekunda Göyçay rayon prokurorluğunun əməkdaşı Şövkət Babayevaya təşəkkür elan olunub və hədiyyə təqdim olunub.