Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
20 Sentyabr , 2018

20.09.2018-ci il tarixdə Ğöyçay  rayon MKS-nin mərkəzi  oxu zalında “18 sentyabr Milli Musiqi günü” ilə əlaqədar “Üzeyir musiqi günü” adlı tədbir keçirildi. Tədbiri MKS-nin direktor  müavini Nazlı Əhmədova açaraq bildirdi ki, Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu 18 sentyabr ölkəmizdə Milli musiqi günü kimi təntənənə ilə qeyd olunur. Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18 - i ölkəmizdə “Milli Musiqi günü” kimi qeyd olunur. Sonra kitabxananın multimediya resursları üzrə mütəxəsis Güllü Paşayeva  çıxış edərək Milli musiqi gününün əhəmiyyətindən, dahi Üzeyir bəyin həyat və yaradıcılığından, onun milli musiqimizin inkişafındakı xidmətlərindən danışdı, Üzeyir Hacıbəylinin adının Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu qeyd etdi.  Tədbirin sonunda  ”Üzeyir musiqi günü “ adlı sərgiyə baxış keçirildi.

Foto Qalereya