Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
21 Sentyabr , 2018
21 sentyabr Beynəlxaq Sülh günüdür. Beynəlxalq Sülh günü ilə əlaqədar M. Ə.Sabir adına MKS- də “Azərbaycan sülh tərəftarıdır “ adlı dəirmi masa keçirildi. MKS-nin direktoru R.Balayeva tədbiri açaraq 1982-ci ildən bəri bütün dünyada qeyd olunan "Sülh Günü” nün tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib. 
Dəirmi masada Mövzu ətrafında məruzələr dinlənildi və fikir mübadiləsi aparıldı.Kitabxananın işçisi Səlmi Şıxəliyeva çıxış edərək dövlətimizin- sülhün, barışın, xeyirxahlığın təbliği istiqamətində həyata keçirdiyi missiya barədə tədbir iştirakçılarına geniş məlumat verdi.Sonra Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva çıxış edərək sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdi. Dəirmi masada tədbir iştirakçıları o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq bidirdilər ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsində torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirik, lakin sülhsevər xalq kimi xalqları sülhə çağırırıq.Tədbir “21 sentyabr Beynəlxalq Sülh Günüdür” başlıqlı sərgiyə baxışla sona yetdi.
Foto Qalereya