Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
17 Sentyabr , 2018
Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cu il tarixli Fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. 
Göyçay rayon Mərkəzi Kitabxanası “15 sentyabr - Bilik günü” ilə əlaqədar açıq havada tədbir keçirdi. Tədbirdə məktəblilər iştirak etdilər. Şagirdlərdə kitaba və kitabxanaya marağın daha da artırılması məqsədilə kitabxanaya üzv olmayan şagirdlər də uşaq şöbəsində qeydiyyatdan keçdilər.
Foto Qalereya