Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Haqqımızda
5 Fevral , 2016

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi çap əsərləri və digər informasiya daşıyıcılarının mühafizəsini,onların sistemli istifadəsini təşkil edir.Oxucuya eyni səviyyədə xidmət olunmasına təminat verir.Kitabxananın qaydaları,oxucuların hüquq və vəzifələri kitabxanaya yazılarkən hər bir abanentə izah olunur.MKS-nin oxuculara xidmət şöbəsində 8 nəfər işçi çalışır. 1. Şöbə müdiri  2. Abonoment bölməsinin müdiri 3. Oxu zalının müdiri 4. Baş kitabxanaçı 5. Muitimediya mütəxəssisi  6. İnformasiya texnologiyaları üzrə mütəxəssis 7. Baş biblioqraf  8. Kitabxanaçılar, şöbənin bütün işçiləri İRBİS-64 proqramının idarə olunmasını mənimsəmişlər.Oxuculara xidmət şöbəsi  işini günün tələbləri səviyyəsində qurur.Tərtib olunani illik iş planında nəzərdə tutulan görüləcək işlərin həyata keçirilməsini təmin edir.Oxuculara xidmət şöbəsində mütəmadi olaraq fondun təşkili,oxucularla iş, daxil olan ədəbiyyatın qeydə alınması, bölünməsi və sistem daxilində yerləşdirilməsi, fonddan çıxarılan ədəbiyyatın uçotu, hər ay statistik məlumatların verilməsi, il ərzində daxil olan ədəbiyyatın təbliği və təqdimatını həyata keçirir.Tədbir mövzusuna uyğun olaraq informasiya saatı,dəyirmi masa, məruzə-söhbət, sərgi- söhbət, kitab təqdimatı, poeziya saatı, oxucularla görüş, xatirə gecəsi, tamatik gecələr, ucadan oxu kimi formalarda təşkil olunur. Oxuculara xidmət şöbəsi oxuculara vertual xidmət göstərir. İnformasiya materialları tapılır,dərhal çap olunaraq oxucuya təqdim edilir .Şöbədə istifadəçilərin müxtəlif istiqamətli maraqlarına uyğun tələbatlarını ödəmək məqsədi ilə oxu zalı yaradılıb. Burada oxucu açıq rəf üsulu ilə kitab seçə bilir.Oxuculara xidmət şöbəsində 2015-cü ilin yekununa olan statistik məlumat:  Oxucu sayı- 2599 nəfər  Kitab verilişi- 47725 nüsxə. Kitab fondu- 26733 nüsxə.

Şöbədə səkkiz nəfər çalışır:

 1.  Oxuculara xidmət şöbəsinin müdiri: Hüseyinova Bikəxanım.

2.   Baş kitabxanaçı: Rəhimova Arzu.

3.   Abonement bölməsinin müdiri: Şıxaliyeva Səlmi.

 4.  Multimediya mütəxəsisi: Paşayeva Güllü.

5.   Kitabxanaçı - informasiya texnologiyaları üzrə mütəxəsis : Əliyeva Taliyə.

6.   Böyük kitabxanaşı : Xəlilova İlhamə.

7.   Oxu zalın müdiri: Əliyeva Şövqiyyə.

8.   Biblioqraf : Bədirova Gülarə.