Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Haqqımızda
11 Yanvar , 2016

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Müasir dövrdə kitabxanalarımız mənəvi idealogiyamızın formalaşmasında və tarixi yaddaşımızın bərpa edilməsində fəal iştirak edirlər.Kitabxanalar eyni zamanda mənəvi sərvətlərin gələcək nəsillərə çatdırılmasında əsas rol oynayırlar.Xalqımızın böyük oğlu,dünya şöhrətli siyasətçi,müstəqilliyimizin banisi Heydər Əliyev Respublikamızda rəhbərlik etdiyi dövrdə mədəniyyətimizin çox mühün sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə olunmuşdur.Ümummilli liderimiz demişdir:”Kitabxana xalq üçün,cəmiyyət üçün müqəddəs bir yer ,mənəviyyat,bilik,zıka mənbəyidir.”Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıda ulu öndərin bu təqdirə layiq işini  davam etdirir,kitabxana işinə daima diqqət və qayğı ilə yanaşır.2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ” haqqında və 2007-ci ildə imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırıması haqqında”,2008-ci il 6 oktyabr tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illər inkişafı üzrə Dövlət Proqramı”-nın icrası ilə əlaqədar imzaladığı sərəncamlar bunun bariz sübutudur. Göyçay rayon Mərkəzi Kitabxananın əsası 1923-ci ildə qoyulmuşdur və 1978- ci ildə mərkəzləşdirilmişdir.Kitabxana 2012-ci ilin yanvar ayının 5-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011- ci il tarixli 162 saylı qərarı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 25 oktyabr 2011-ci il tarixli 3213/19 saylı məktubuna əsasən yeni struktur  və ştat vahidlərinə keçmişdir. Hazırda kitabxana 1 mərkəz,3 şəhər, 43 kənd kitabxana filialı vasitəsi ilə əhaliyə kitabla xidmət göstərir. Kitabxananın 338405 nüsxə kitab fondu vardır. Bundan 35630 nüsxəsi Mərkəzi kitabxanada ,302775 nüsxəsi isə filial kitabxanalarındadır. Kitabxana il ərzində 32777 nəfər oxucuya xidmət edir.Bununda 3100 nəfəri Mərkəzi kitabxana ,29677 nəfəri isə filial kitabxanaları vasitəsi ilə həyata keçirilir.Kitabxananın oxu zalı, milli və digər dillərdə kitab fondu var. Kitabxana Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında  Kitabxana- İnformasiya sahəsinin  2008-2013- cü illərdə inkişafı üzrə Dövlət Proqramı”-nın tədiq edilməsi barədə 06 oktyabr 2008-ci il tarixli sərəncamına əsasən tədbirlər planı hazırlanmış, kitabxanaya kompyuter dəstləri alınmış,oxuculara verilən ədəbiyyatın uçotu təşkil olunmuş,fəal , qeyri-fəal istifadə edilən nəşrlər müəyyənləşdirilmiş,kitabxana fondu bu səpgidə komplektləşdirilmişdir. MKS-də özünü doğrultmayan , oxucusu az olan 17 filial birlə.dirilmişdir.Kitabxananın veb-saytı işlənmiş və internetə çıxışı var.

Hazırda Göyçay rayon Mərkəzi Kitabxanası 6 şöbədən ibarətdir.