Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Tədbirlər
7 May , 2018
Göyçay rayon MKS -mi 07.05.2018-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illyinə həsr olunmuş " X Ümumrespublika Kitab Bayramı" keçirdi.. 
Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət təşkilatlarının rəhbərləri, rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdirdi. Bayramı giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rövşən Balayeva açdı.O, gələn qonaqları salamladı və bayramda iştirak etdiklərinə görə onlara öz minnətdarliğını bildirdi.
Kitab bayramında 2 mindən artıq kitab, dövlətimizin ictimai-siyasi həyatına həsr olunan fotostendlər nümayiş etdirilirdi. 
Ulu öndərin ildönümünə həsr olunan kitab sərgisində xalqımızın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan kitablar, “Ulu öndərin layiqli davamçısı”, “Müstəqilliyimizin memarı”, “Tarixin qan yaddaşı”, " Azərbaycan Xalq Cumhuriyyəti – 100 ", "Yaddan çıxmaz Qarabağ", "Azərbaycan kinosu – 120", " Göyçayın geniralları", Uşaq şöbəsinin hazırladığı “ Uşaqların nağıl dünyası “, “ Bu dünyanın sevincidir uşaqlar “, “ Nə yoğurdum, nə yapdım ğörün nələr yaratdım” və s başlıqlar da sərgilər nümayiş etdirildi. Eyni zamanda dünya ədəbiyyatının inciləri seriyasından sərgilənən kitabların nümayişi ictimaiyyətin geniş marağına səbəb olmuşdur. Tədbir Göyçar rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.
”Kitab bayramı”maraqlı çıxışlar və musiqilərlə saat 18:00-dək davam etdi
Foto Qalereya