Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
27 Aprel , 2018

Göyçayda görkəmli aftolmoloq Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçiril

Görkəmli oftalmoloq alim, akademik, Əməkdar Elm Xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Göyçay mərkəzi rayon xəstəxanasında yığıncaq keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, mərkəzi rayon xəstəxanasının baş həkimi Elçin Bilalov və digərləri çıxış edərək akademikin həyat və fəaliyyətindən bəhs edərək Zərifə xanım Əliyevanın bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına həsr etdiyini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı idi. Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildiriblər.
Tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.