Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
20 Aprel , 2018

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Cəyirli kəndində səyyar qəbulu keçirilmişdir

2018-04-20

Rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət təşkilatlarının rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dilənilmişdir.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində kənd sakinlərinin fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.
Sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günbə-gün artmasını, ordumuzun müdafiə potensialının güclənməkdə olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət başçısı llham Əliyev cənabları tərəfindən həyata keçirilmiş tədbirlər barədə danışmış, kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işlərdən söz açmışdı.
Kənd sakininin iştirak etdiyi qəbulda Cəyirli kənd inzibati ərazi nümayəndəsi Vüsal Abbasov çıxış edərək nümayəndəliyin ərazisində görülən işlər barədə qısa məlumat vermişdir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd əhalisinin problemlərini dinləmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.

Sonda kənd sakinləri kənd təsərrüfatının inkişafına verilən dəstəyə,  bu  sahənin daha da inkişaf etdirilməsi üçün qəbul olmuş fərman və sərəncamlara, kənd əhalisinə göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər.