Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
4 Aprel , 2018

Göyçay rayon İcra Hakimiyyəində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

2018-04-17

Hesabat yığıncağında rayonun idarə, müəssisə və təşkilat, yerli icra və bələdiyyə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyallıları, ağsaqqallar, dindarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, 2018-ci ilin birinci rübündə  Respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, 2018-ci ilin birinci rübdə rayon üzrə əsas iqtisadi göstəricilər artıqlaması ilə yerinə yetirilmiş, iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,8 % və ya 849,5 min manat artaraq 53 milyon manat olmuşdur.
Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4,2 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin birinci rübündə aqrar sahədə də müəyyən uğurlar əldə edilmiş, 1461,5 hektar sahədə yazlıq əkinlər aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 53,5 hektar və ya 3,8 % çoxdur. Bu dövürdə 851 hektar sahədə çoxillik otlar, 139 hektar sahədə kartof, 3 hehtar sahədə dən üçün qarğıdalı əkilmişdir.  Əkin sahələrinin suvarma suyu ilə yaxşılaşdırılması, torpaqların münbitliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Şəhadət, Hacalıkənd, Şəkər, Mall-şıxlı, Qarabaqqal, Alxasava, Potu, Bəydövül, Alpout, Aşağı Qaraməryəm və Qarayazı kəndlərində bütövlükdə 84,5 km məsafədə lildən təmizlənmə işləri aparılmış, 15 hidrotexniki qurğu təmir edilmişdir. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən rayonun Kürdşaban, Mallı-şıxlı və Çərəkə kəndləri ərazisində təsərrüfatlararası və təsərrüfatdaxili kollektorlarda 8,2 km məsafədə lildən təmizləmə işləri aparılmışdır.
Faraş tərəvəz istehsalının artırılması məqsədilə birinci rüb ərzində ümumi sahəsi 249 hektar olan 6700 istixana quraşdırılmış və artıq bazarlara faraş məhsulların göndərilməsinə başlanılmışdır.
2018-ci ilin birinci rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 3,6 milyon manat vəsait  yönəldilmiş, tikinti təşkilatları tərəfindən 2,4 milyon manatlıq inşaat işləri görülmüşdür ki, bu da ötən dövrlə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,3 %, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,8 % artmışdır.
2018-ci ilin birinci rübündə əhaliyə 248,9 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,2 % çoxdur. Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin səviyyəsi xeyli yüksəlmiş, daha müasir rabitə texnologiyalarının tətbiqi ilə əlaqədar internet istifadəçilərinin sayı əsaslı şəkildə artmışdır.
Cari ilin birinci rübündə şəhərdə, Qaraməryəm, Ləkçıplaq, Qızılağac kəndlərində   128 portluq, Qarayazı kəndində 24 portluq avadanlıq quraşdırılmış, Kürdəmiş kəndində 60 ailəyə telefon xətti  çəkilmişdir. Şəhərin N.Nərimanov, Bakı, Atatürk, S.Vurğun, Vaqif, Xətai küçələrində  hava rabitə xətləri kabel kanalizasiya quyularına köçürülməklə texniki normalara uyğunlaşdırılmışdır.
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamına əsasən “Azərsu” ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülmüş, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq bürövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular o cümlədən, 101 ədəd bulaq quraşdırılaraq istifadəyə verilmiş, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatını yaxşılaşmışdır.  
Rayonun  Aşağı  Qaraməryəm, Qarabaqqal, Kürdşaban, Cəyirli, Çaxırlı, Qaraməryəm, Çərəkə, Alpout, Hacalıkənd və Ləkçıplaq kəndlərində istifadəyə  yararsız güc  transformatorları yeniləri ilə əvəz olunmuş, 740 ədəd 04 kvluq, 102 ədəd 10 kv-luq qəzalı vəziyyətdə olan  dayaqlar  yeniləri ilə əvəzd edilmişdir, 22,6 km uzunluğunda  yükünü özü daşıyan naqillər çəkilmişdir.  
Hesabat dövründə rayonun Çaxırlı kəndinə təbii qaz verilişi bərpa edilərək təbii qazla təmin olunan rayon yaşayış məntəqələrinin sayı 45-ə çatdırılmışdır. Hazırda Ləkçılpaq və Çərəkə kəndlərinin təbii qazla təminatının bərpa edilməsi işləri başa çatıdırlmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” 05 mart 2018-ci il tarixli sərəncamına əsasən cari ildə Kürdşaban və Şəkili kəndlərinin də qazlaşdırılması nəzərdə tutulur.  
Cari ilin birinci rübündə rayon büdcəsinin mədaxil hissəsinə 102,9% əməl edilmiş, ən zəruri xərclərin, o cümlədən əmək haqqı və ona bərabər tutulan xərclərin vaxtında icrası təmin olunmuşdur.
Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində müəyyən işlər görülmüş, Əli Kərim adına parkda əsaslı təmir işləri başa çatıdırılmış, burada yeni monitor quraşdırılmış, müharibə veteranları üçün kafe istifadəyə verilmiş, soyqırım abidəsi şəhidlər xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksində son tamamlanma işləri aparılır.
Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi aparılır. Şəhər ərazisində küçə və ictimai həyətlərin asfalt örtüklərinin yenilənməsi işlərinə başlanılmışdır. Avtovağzal binasının tikintisi başa çatdırılmaq üzrədir. 
Hesabat dövründə şəhər təsərrüfatının idarə edilməsinin təkminləşdirilməsi, şəhərin təmiz və səliqəli saxlanılması, məişət tullantılarının vaxtında daşınması, küçə və məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə əməl edilməsi istiqamətində xeyli işlər görülmüş, əvvəlki illərə nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təçkilat rəhbərlərinin fəaliyyəti müsbətə doğru dəyişmişdir. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə qarşı mübarizə xeyli gücləndirilmişdir. Rayon əhalisinə kənd təsərrüfatı məhsulları satışında lazımi qayda yaradılması üçün tədbirlər görülmüş, əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsində örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarı istifadəyə verilmişdir. “Təzə bazar”ın açılmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılamışlar. Ümumi sahəsi 9 min kv.m, 500 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satanlar üçün normal şərait yaradılmış, hazırda ticarət yerlərinin artırılması, həmçinin bazarın xidmətindən istifadə edənlərin nəqliyyat vasitələrinin parklanması üçün əlavə işlər görülür. 
Hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür. Emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə “Az-Nar” QSC-də şərab sexində quraşdırılmaq üçün avadanlıqlar alınmışdır.
Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi davam etdirilmişdir və   gün ərzində 10 min kub m. çirkab su təmizləmə gücü olan kompleksinin tikintisində son tamamlanma işləri görülür. 
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər davam etdirilir. Hesbat dövründə ümumi uzunluğu 23 km olan Cəyirli-Alpout avtomobil yolunun tikintisinə başlanılıb. Qəzalı vəziyyətdə olan məktəblər üçün yeni məktəb binalarının tikintisi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 16 mart 2018-ci il tarixli  sərəncamına əsasən cari ildə rayonun Veysəlli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 min manat vəsait ayrılmış və hazırda tikintiyə başlamaq üçün torpaq sahəsinin seçilməsi və texniki şərtlərin hazırlanması üçün tədbirlər görülür. Rayonun Alıkənd kəndində quraşdırılan modul tipli 40 şagird yerlik ibtidai məktəb binasında son tamamlanma işləri aparılır və ölkə prezidentinin 24 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yeni məktəb binasının qazlaşdırılması üçün 17,9 min manat əlavə vəsait ayrılıb.
2018-ci ilin yanvar-mart aylarında rayonda 398 yeni iş yeri yaradılmışdır.
Ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin  2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında verilən tapşırıqlara müvafiq olaraq cari ildə rayon iqtisadiyyatının yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir.
İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal güclərindən tam istifadə edilməsi üçün tədbirlər görülməli, emal müəssisələrində yeni istehsal sahələrinin yaradılması, müasir bazar tələblərinə uyğun rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır.
Rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Baramaçılığın inkişafına xüsusi diqqət yetirilməlidir. Cari ildə rayon üzrə 264 qutu barama qurdunun bəslənilməsi və 15 tona yaxın yaş barama istehsalı nəzərdə tutulur. Baramaçılıq sahəsində rayonun əvvəlki şöhrətinin qaytarılması üçün bu gün real imkanlar mövcuddur və dövlət səviyyəsində də sahənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respubliakasında baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” respublikada baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsinə, bu sahədə ixrac potensialının artırılmasına və kənd əhalisinin məşğulluğunun təmin edilməsinə imkan verəcəkdir. Dövlət Proqramına əsasən 2025-ci ilədək yaş barama istehsalının həcminin 6 min tona çatdırılması, həmçinin respublikanın 7 rayonunda o cümlədən Göyçay rayonunda tədarük olunmuş baramanın ilkin emalı üçün barama qəbulu və emalı məntəqəsi yaradılacaqdır. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etməklə yaxın 3-5 ildə rayonda barama istehsalının artırılması üçün əməli tədbirlər görülməlidir. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ilk növbədə baramaçılığın yem bazası yaradılmalı, son 2 ildə rayonun kəndlərində əkilmiş 194,6 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilmiş 138 min ədəd tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilməli və onların qorunması təmin olunmalıdır. Əsas ehtiyyat mənbələrindən biri də kəndlərdə mövcud olan tut ağaclarıdır. Lakin uzun müddət bu ağaclardan baramaçılıq məqsədləri ilə istifadə edilməməsi onların məhsuldarlğığı və səmərəliliyini aşağı salmışdır. Yerli icra və bələdiyyə orqanları həmin ağacların may-iyun aylarında aqrotexniki qaydada budanmasını təşkil etməli, həmçinin yerli məhsuldar tut tinglərini əkməklə kəndlərdə baramaçılığın möhkəm yem bazasını yaratmalıdırlar. Çünki barama istehsalı həm vətəndaşlar, həm də dövlət üçün yaxşı qazanc mənbəyidir. 1 kq-ı 4 manata təhvil götürülən, həm də təhvil verilən məhsulun hər kiloqramı üçün 5 manat subsidiya verilən barama 30-35 gün ərzində hər bir ailənin maliyyə imknlarını yaxşılaşdırır, dövlət üçün də valyuta gətirir. Rayonun ucqar, iri meyvə bağları olmayan kəndlərində gəlirli sahə olan baramaçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.
Heyvandarlıq sahəsində də mövcud imkanlardan daha səmərəli istifadə olunmalıdır. İlk növbədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, süni mayalama tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilməli, cins mal-qaranın tədricən qapalı bəsləmə şəraitinə keçirilməklə boşalan örüş və otlaq sahələrinin torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə həm yem bazasının, həm də digər ənənəvi bitkiçilik məhsullarının istehsalının artırılmasına real çərait yaratmaq istiqamətində əməli tədbirlər görülməlidir. Yerli icra və bələdiyyə orqanları mal-qarası olmayan təsərrüfatların sayının azaldılmasına və hər bir kəndli təsərrüfatında ən azı 2 baş mal-qara saxlanılmasına nail olmalıdırlar.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə taxılçılığın inkişafına diqqət yetirilməli, taxıl istehsalının onun məhsuldarlığının yüksəldilməsi hesabına artırılması, sahələrin aqrotexniki qaydada becərilməsi və mineral gübrələrin verilməsi, alaq otlarına qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsi təmin olunmaldır. Məlum olduğu kimi rayonumuz torpaq imkanları məhdud olan rayonlardan biridir və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün mütərəqqi texnologiyalar tətbiq edilməlidir. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahə olan faraş tərəvəz istehsalının artırılması üçün ciddi tədbirlər görülməli və müasir istixanaların tikintisinə üstünlük verilməlidir.Hazırda dövlət tərəfindən də istixanaların tikilməsinə böyük dəstək verilir. Çünkü tərəvəz istehsalı ölkənin ixrac potensialına çox müsbət təsir göstərir.
Torpaqlardan səmərəli şəkildə istifadə də indi qarşıda duran əsas vəzifələrdən biridir.
2018-ci ildə rayonda abadlıq və quruculuq sahəsində də xeyli işlər görüləcəkdir. Heydər Əliyev Mərkəzinin qarşısında inşa edilən bayraq muzeyinin tikintisi başa çatdırılmaqla Bayraq meydanı kompleksi yenidən qurulacaqdır. Əli Kərim adına şəhər parkında Azərbaycanın görkəmli şair və yazıçılarının xatirə kompleksi yaradılmaqla bura rayon sakinlərinin və qonaqlarımızın əsl istirahət mərkəzinə çevriləcəkdir. Şəhərin bir sıra küçə və ictimai həyətlərində asfalt örtüklərinin bərpası işləri davam etdiriləcək, 20-ə yaxın çoxmənzilli yaşayış binasında əsaslı və cari təmir işləri aparılacaq, dam örtükləri təzələnəcəkdir.
Yığıncaqda idarə və təşkilat rəhbərlərinin hesabat məruzələri dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib