Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
19 Aprel , 2018
Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.
04.19.2018-ci iltarixində həmin Sərəncama uyğun olaraq M.Ə. Sabir adına Göyçay rayon Mərkəzl Kitabxanasında görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyiilə əlaqədar “Musiqidə yaşanan ömür” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Rövşən Balayeva açaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Qara Qarayevin misilsiz xidmətlərindən söhbət açdı. Tədbirdə qonaqlar Göyçay rayon Uşaq Musiqi məktəbinin direktoru Rövşən Zamanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon Komitəsinin sədri Nəriman Məlikov, R.Rzanın ev Muzeyinin direktoru Solmaz Həsənova, şəhər 4 saylı tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi, Mərkəzi Kitabxana kollektivi iştirak etmişdir. Informasiya –resurs şöbəsinin hazırladığı görkəmli bəstəkarın həyat və fəaliyyətinə həsr edilmiş video- çarx nümayiş edildi. Qara Qarayevin bəstələdiyi müsiqilərdən nümunələr səsləndirildi.
Tədbirin sonunda dahi bəstəkarın əsərlərindən ibarət sərgibədii ədəbiyyat və rəsmlərdən ibarət sərgi nümayiş etdirildi.
Foto Qalereya