Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
3 Aprel , 2018

03 aprel 2018-ci il tarixdə Göyçay rayon icra hakimiyyətində ”Ölkəmizi tanıyaq” tur aksiyasının sonuncu iştirakçıları ilə rayon ictimaiyyətinin görüşü olub.
Tədbirdə artıq səkkizinci ildir ki, təşkil olunan “Ölkəmizi tanıyaq”tur aksiyasının əhəmiyyətindən bəhs edilib. Bu maarifləndirici aksiyanın sonuncu iştirakçıları ilə Göyçay rayon icra hakimiyyətində təşkil olunan görüşdə məktəblilər Şəki, Zaqatala və Qəbələdə  ekskursiya etdikləri məkanlar barədə təssüratlarını  bölüşüblər.
Görüşdə Göyçay rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə yeni nəslin mənəvi və fiziki inkişafına göstərilən dövlət qayğısından danışıb. Tur aksiya zamanı fəallıq göstəriklərinə görə şagirdlərə minnətdarlıq edib. Tövsiyyə edib ki, təssüratlarını digər yoldaşları ilə də bölüşsünlər.
Sonda bilik yarışlarında, ayrı-ayrı layihələrdə fərqlənən şagirdlər mükafatlandırılıb.