Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
28 Mart , 2018

28.03.2018-ci ildə Göyçay rayon MKS- də  31 Mart Soyqrım Günü ilə əlaqədar olaraq tədbir keçirildi. İlk öncə bütün soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kitabxananın drektoru Rövşən Balayeva 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumat verdi. O bildirdilər ki, 1918-ci ilin mart - aprel aylarında Bakı Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə xalqımızın tarixinə qara hərflərlə yazılmışdır.Prezident H.Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-i Mart soyqırımının anım günü qeyd olunur. Tədbirdə iştirak edən 3 saylı orta məktəbin şagirdləri soyqrıma həsr olunmuş seirlər söylədilər. Sonda “31 Mart soyqrım Günüdür” adlı   sərgiyə baxiş keçirildi.

Foto Qalereya