Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
28 Fevral , 2018

 28.02.2018 Göyçay rayon R.Rza adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin II turu  keçirildi. Müsabiqəni MKS – nin direktoru Rövşən Balayeva açdı. Sonra söz rayon R. Rza adına muzeyin müdiri Solmaz Hacıyeva, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Göyçay rayon təşkilatının sədri Nəriman Məlikov. Mədəniyyət Mərkəzinin işçisi Vaqif Məmmədov, Rayon xalq təhsil şöbəsinin işçisi Əkbər Əlioğlu verildi. Onlar müsabiqəyə aid öz fikirlərini bildirdilər.
Müsabiqədə şəhər və kənd orta məktəbin şagirdləri iştirak etdilər.Müsabiqədə 1-ci yeri Ulaşlı-Şıxlı kənd məktəbinin şağirdi Cəbrayılzadə Ziya Fərid oğlu tutdu. Cəbrayılzadə Ziya Fərid oğlu Ağdaş şəhərində keçiriləcək “Nəsimi poeziyası“ bədii qiraət müsabiqəsində iştirak etmək hüququ qazandı.

Foto Qalereya