Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Tədbirlər
23 Fevral , 2018

 23. 02. 2018-ci il tarixində  Göyçay rayon R.Rza adına Mədəniyyət Mərkəzində ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş ”Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirildi.  Müsabiqədə 18 şəhər və kənd orta məktəbin şagirdləri iştirak etdilər.  Müsabiqə iştirakçıları Nəsimi poeziyasından gözəl nümunələri özünəməxsus şəkildə təqdim etdilər. II tura 8 iştirakçı seçildi. Münsiflər heyətində tərkibinə MKS – nin direktoru Rövşən Balayeva ,  R. Rza adına muzeyin müdiri Solmaz Hacıyeva, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Göyçay rayon təşkilatının sədri Nəriman Məlikov, Mədəniyyət Mərkəzinin işçisi Vaqif Məmmədov, Rayon xalq təhsil şöbəsinin işçisi Əkbər Əlioğlu iştirak edirdilər.  II turun  fevral ayının 28-də keçirilməsi qərarlaşdırıldı

Foto Qalereya